Əli Kərimli həbs olundu - Məhkəmə qərar verdi

Əli Kərimli həbs olundu - Məhkəmə qərar verdi

Onun cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir

Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub. SİA-ya daxil olan məlumata görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə