Zeynab Kazımova: “Mətbuat xidməti olaraq ali təhsil müəssisəsinin təbliğatı bizim üzərimizə düşdüyündən bunun məsuliyyətini bilirik”-MÜSAHİBƏ
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya müsahibəsi:
- Bildiyimiz kimi, bu yaxınlarda ADU-nun mətbuat xidmətinin 2 yaşı tamam olur. Bu illər ərzində xidmətin gördüyü işləri necə şərh edib, qiymətləndirərdiniz?
- Bizim xidmət iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu iki il ərzində ADU-nun mətbuat xidməti artıq tanınır və ölkə KİV-i ilə səmərəli əməkdaşlıq edir. Bizim fəaliyyətimiz çoxşaxəlidir. Belə ki, bizdən öncə və sonra yaradılan analoji xidmətlər bir istiqamətdə işlərini qururlar və bu, məhz mətbuatla əlaqə və müəyyən mənada təbliğatdır. Biz isə demək olar ki, universitetdə bir sıra belə desək, strateji sahə ilə məşğuluq. Bu gün bizim şöbənin işi həm mətbuatla əlaqə və təbliğat, digər tərəfdən universitetin mətbu orqanı olan "Poliqlot"un nəşri, digər tərəfdən isə universitetin veb səhifəsinin yenilənməsi, bununla bərabər, tədbirlər zamanı protokol xidmətinin yerinə yetirilməsidir. Şöbə əməkdaşları bu bir neçə istiqamətdə öz fəaliyyətlərini qururlar. Bizim şöbədə cəmi beş-altı nəfər olmasına baxmayaraq, onlar bir olaraq işin məsuliyyətini dərk edirlər. Bizim əsas prinsipimiz işimizi peşəkar və yüksək səviyyədə qurmaqdır. Çünki bu, ən əsas meyardır. Belə ki, mətbuat xidməti olaraq ali təhsil müəssisəsinin təbliğatı bizim üzərimizə düşdüyündən bunun məsuliyyətini bilirik. Ali təhsil müəssisələri içərisində bizim mətbuat xidməti öndə gedir.
- Ölkədə fəaliyyət göstərən KİV-lərlə münasibətiniz necədir? Siz daha çox hansı mətbuat orqanlarına üstünlük verirsiniz (gündəlik qəzet, elektron KİV və ya televiziya kanalları)?
- Bizim üçün hər söz bir xəbər, hər xəbər isə bir məlumatdır. Bizim əlaqələrimiz ölkə KİV-i ilə çox arzu olunan səviyyədədir, çünki bu gün bizim mətbuat xidmətinin öz yeri, çəkisi var. Artıq həmkarlarımız-jurnalistlər ADU mətbuat xidmətini tanıyırlar. Mətbuatla əlaqələrimiz daha çox qarşılıqlı işgüzar münasibətlərə söykənir. Jurnalistlərlə əsasən tədbirlər zamanı görüşürük və çalışırıq ki, onlar məlumatsız qalmasınlar. Bu əməkdaşlığımız getdikcə səmimi tanışlığa çevrilir. Məncə, bu, bizim uğurumuzdur.
- Bugünki mətbuatın vəziyyətini, mövcud durumunu və jurnalistlərin səviyyəsini necə qiymətləndirirsiniz. KİV-də universitetlərin, o cümlədən Dillər Universitetinin fəaliyyətinin işıqlandırılma səviyyəsi sizi qane edirmi?
- Universitetimizin rektoru Səməd Seyidov hər zaman öz çıxışlarında vurğuladığı kimi, Dillər Universiteti açıq universitetdir. Çünki aparılan islahatlar, həyata keçirilən yeniliklər məhz ali təhsilimizin yüksəlməsinə, onun Avropa təhsil məkanına inteqrasiyasına xidmət edir. Bununla yanaşı, milli dəyərlərimizin, gənc nəslin milli-mənəvi əxlaqi normalara uyğun tərbiyəsindən söhbət gedir. Ona görə də bizim universitetimiz ölkədə nüfuzuna görə irəlidə olan bir ali təhsil ocağıdır. Bu nüfuzu, ictimaiyyətin rəğbətini biz öz fəaliyyətimizlə artırmalıyıq. Bu baxımdan, düşünürəm ki, hər bir universitetin, ümumilikdə müəssisənin mətbuat xidməti onun çəkisini saxlamağa çalışmalıdır. Biz müəssisə olaraq maraqlıyıq ki, bizdən yazılsın, öz fəaliyyətimizi ictimaiyyətə çatdıraq, cəmiyyət bu haqda məlumatlı olsun. Lakin hər bir KİV-in də öz tələbatı, öz iş prinsipi var. Hərdən saytlar elmə, təhsilə, mədəniyyətə aid məsələlərə deyil, səs-küy doğuracaq şou biznes və kriminal xəbərlərinə daha geniş yer verirlər. Lakin bizim göndərdiyimiz press-relizlər həmkarlarımız tərəfindən hər zaman diqqətdə olur, tez bir zamanda işıqlandırırlar.
- 2 yaşını qeyd edəcək mətbuat xidməti gələcəkdə hansı yeniliklər, planlar həyata keçirmək niyyətindədir?
- Xatırladım ki, ADU-nun İctimaiyyətlə Əlaqələr və Mətbuat xidməti universitetin ən gənc strukturlarındandır və 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayında sərəncam imzalanıb. Qeyd edim ki, keçən il universitetimizin həyatında mühüm amillərlə yadda qalıb. Bunlardan ən əsası 10 illik yubileyimiz oldu. Məhz 2000-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən universitetimizə bu status verilib və Dillər Universiteti yaradılıb. Bu hadisə bizim xidmətin bir illiyinə təsadüf etdi. Beləliklə, Universitetin 10 yaşı ilə bərabər, "Poiliqlot" -un 10 yaşını və xidmətin 1 yaşını keçən il qeyd etdik.
Bizim mətbuat xidməti Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq "Ali təhsil müəssisələrində Mətbuat xidməti: işin təşkili, reallıqlar, perspektivlər" mövzusunda dəyirmi masa ilə bir ənənə açdı və 2010-cu ilin aprel ayında "KİV-lə əlaqə" mövzusunda dəyirmi masa təşkil etdik. Bundan sonra bəzi analoji qurumlar da belə təşəbbüslər irəli sürməyə başladılar. Lakin bildiyiniz kimi, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun şəxsi imzası ilə bizə ünvanlanan təşəkkür məktubunda da bir daha qeyd olundu ki, ali təhsil müəssisələri içərisində məhz ADU-nun mətbuat xidməti öz peşəkar fəaliyyətinə görə birinci yeri tutur. 2010-cu ilin sonunda informasiya agentliklərinin keçirdiyi sorğuya əsasən, ADU ilin universiteti, ADU-nun mətbuat xidməti isə analoji qurumlar arasında ilin mətbuat xidməti seçildi. Bütün bu uğurlarımız üçün təbii ki, biz universitetdə yaradılan və mətbuat xidmətinin işinin səmərəli təşkilinə birbaşa təsir edən şəraitə görə universitet rəhbərliyinə, məhz rektorumuz Səməd Seyidova minnətdarıq. Çünki məhz onun tələbləri və həm də qayğısı nəticəsində bu gün biz mübaliğəsiz deyə bilərik ki, ADU-nun mətbuat xidməti tam azad, sərbəst və professional meyarlar əsasında işini qurur. Çünki universitet çərçivəsində azad sözə, azad fikir ifadəsinə bir tribuna rolunu oynamağımız bizi sevindirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB