Vergilər Nazirliyində BVF-nin nümayəndələri ilə müzakirələr aparılıb
Vergilər nazirinin müavini İlkin Vəliyevin Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar müzakirə edilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB