17-19 oktyabr tarixlərdə "Torpağı qoruyub özümüzü qoruyaq" devizi altında xarici ölkələrin nümayəndələrinin iştirakı ilə Azərbaycan torpaqşünaslarının III qurultayı keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir AMEA Biologiya Elmləri Bölməsi, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AR Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Torpaqşünasları Cəmiyyəti, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Qurultayın Təşkilati Komitəsinin sədri akademik Qərib Məmmədov, sədr müavini AMEA-nın müxbir üzvü Məhərrəm Babayev, Təşkilati Komitəsinin üzvləri, professorlar P.B.Zamanov, A.G.Babayev, V.G.Həsənov, prof A.Q.Quliyev və M.Məmmədov, katib isə prof. Akif Gərayzadədir.
Qurultayda torpağın istifadə və qorunmasının müasir problemləri, torpağın fiziki xüsusiyyətləri, kənd təsərrüfatının çətin vəziyyətlərə uyğunlaşması problemləri, torpaqşünaslıqda və ətraf mühitin qorunmasında informasiya texnologiyaları, ekologiya və torpağın qorunması, erroziyaya qarşı torpağın bioloji qorunması, aqrokimya və torpağın gübrələnməsi, torpaq resurslarının səmərəli istifadəsi və qorunması sahəsində maarifləndirici və instruktiv tədbirlər və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. İştirak etmək istəyənlər 30.03.2011-ci il tarixinə qədər [email protected] və ya [email protected] e-poçtlarına müraciət göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB