Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü iclası davam edir
Bu gün Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirir. SİA xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Quliyev qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub: "Ermənilər işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır. Bu yaxınlarda iki hərbçimiz şəhid olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB