QDİƏT-in Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları iyunun 20-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
SİA xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB