“58 əmək yarmarkalarında 7500 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub”-AÇIQLAMA
"Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikanın 68 şəhər və rayonlarında 58 Əmək Yarmarkaları keçirilib. Bu yarmarkalarda 2870 müəssisə tərəfindən boş iş yerləri təqdim olunub". Bu barədə SİA-ya Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli məlumat verib. O bildirib ki, respublikanın müxtəlif regionlarında keçirilən yarmarkalarda 22383 boş (vakant) iş yerlərinin hesabına 7500 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub, 773 nəfər peşə hazırlığı kurslarına, 482 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Onun sözlərinə görə, keçirilən yarmarkaların fəaliyyəti respublikanın kütləvi informasiya vasitələrində, mətbuat orqanlarının səhifələrində mütəmadi olaraq geniş və ətraflı işıqlandırılıb.
"Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nda əhalinin, xüsusilə gənclərin və sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın məşğulluğunun gücləndirilməsi istiqamətində fəal məşğulluq tədbirlərinin həyata keçirilməsi bir vəzifə kimi qarşıya qoyulub. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir. Respublikamızın bütün bölgələrində ənənəvi olaraq hər il keçirilən "Əmək Yarmarkaları" bu tədbirlərdən biridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB