Erməni politoloq: "Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişənin həllində heç bir yenilikləri yoxdur"
"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənəcəyinə ümid etməyə hələ ki, heç bir əsas yoxdur". SİA-nın "Panarmenian" saytına istinadən verdiyi məlumata görə, bunu politoloq Aleksandr İskəndəryan Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın dövlət katibi Hillari Klinton arasında Münhendə keçirilən görüşə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı vəziyyət olduğu kimi qalacaq. Belə ki, böyük dövlətlərin münaqişənin həllində heç bir yeni fikirləri yoxdur: "Bu diqqət ən azı 1992-ci ildən hiss olunur".
Erməni politoloq hesab edir ki, son illər ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinə diqqəti artmayıb, əksinə azalıb. Səbəb isə siyasiətçilərin münaqişənin həllinin mümkünsüzlüyünü anlamasıdır: "Məqsəd isə birdir münaqişəni hazırki halında saxlmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB