AJQA 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün sürpriz hazırlayıb
Jurnalistlər üçün təşkil edilən pulsuz müayinələrin ikinci mərhələsinə fevralın sonunda start veriləcək. Bu barədə SİA-ya Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova açıqlamasında deyib. O bildirib ki, hazırda ikinci mərhələ ilə bağlı danışıqlar prosesi gedir. Onun sözlərinə görə, jurnalistlər üçün ikinci dəfə təşkil olunacaq müayinələr bir çox şərtlərinə görə birincidən fərqlənəcək. O vurğulayıb ki, bu dəfəki müayinədə yalnız ştatda olan jurnalistlər iştirak edə biləcəklər.
"Ötən dəfəki müayinədən fərqli olaraq bu dəfəki müayinələrdə şərtlər daha sərt olacaq. Bu dəfə müayinələr redaksiyalarla bağlanacaq müqavilə əsasında baş tutacaq. Belə ki, bir ay müddətində həmin redaksiyaların jurnalistləri pulsuz müayinədən keçməklə yanaşı müxtəlif xəstəliklərlə bağlı maarifləndirici yazılar yazacaqlar. Bu bizim əsas şərtlərimizdən biridir. Biz bu vasitə ilə həm jurnalistləri müayinə edəcək, həm də insanları xəstəliklərlə bağlı maarifləndirəcəyik. Bundan əlavə bu dəfəki müayinələrdə ən azı həftədə 3 dəfə çıxan qəzetlər, agentliklər və televiziya jurnalistləri iştirak edə biləcəklər".
Bundan əlavə JQA sədri vurğulayıb ki, müayinələrin ikinci mərhələsində endoskopik əməliyyatların da keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, ikinci mərhələdə müayinələrlə yanaşı kiçik əməliyyatlar da pulsuz aparılacaq.
Açıqlaması zamanı qurumun qadın jurnalistlərə sürpriz hazırladığını dilə gətirən S. Yusifova söyləyib ki, AJQA 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə yalnız qadın jurnalistlər üçün əlavə müayinə təşkil etməyi nəzərdə tutur: "Bu müayinələr zamanı xanım jurnalistlər yalnız qadın xəstəlikləri ilə bağlı müayinələrdən keçmək imkanı qazanacaqlar. 3 gün ərzində təşkil olunacaq müayinənin dəqiq vaxtı ilə bağlı yaxın zamanlarda məlumat veriləcək. Hazırda isə müayinələrin aparılacağı klinikalarla danışıqlar aparılmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB