Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) Ankara Tibbi Mərkəzi ilə birgə jurnalistlər üçün təşkil etdiyi çek-up müayinələrin nəticələrinə dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında AJQA prezidenti Sevil Yusifova, Ankara Tibb Mərkəzinin baş həkimi Zülfüqar Yusifov, həmin mərkəzin terapevti Rəqsanə Cəlilova iştirak ediblər.
Müayinələr haqqında məlumat verən Sevil Yusifova bildirib ki, yazılı, elektron və TV jurnalistləri arasında keçirilən müayinələr zamanı bir çox jurnalistlərin səhhətində müxtəlif problemlər aşkar olub. Onun sözlərinə görə, jurnalistlərdə ən çox mədə-bağırsaq, kardioloji, nevroloji, revmatik xəstəliklər aşkarlanıb ki, bunu onların peşələri ilə bağlamaq olar.
Müayinələrə ötən ilin 20 dekabr tarixindən başlandığını dilə gətirən S. Yusifova bildirib ki, 40 gün nəzərdə tutulan müayinələr fevralın əvvəllərinə qədər davam edib.
Konfransın davamında çıxış edən Zülfüqar Yusifov müayinələrin nəticələri haqqında məlumat verib.O bildirib ki, jurnalistlər üçün nəzərdə tutulan müayinələrdə 372 nəfər iştirak edib. Onun sözlərinə görə, müayinələrdə iştirak edənlərin 65-70 faizində mədə-bağırsaq xəstəlikləri aşkar olunub: "Müayinələr zamanı jurnalistlərdə kardioloji, potoloji və revmatik xəstəliklər də aşkarlanıb. Biz jurnalistlərdə daha çox revmatik xəstəliklərin olduğunu gözləyirdik, lakin nəticələr əksini göstərdi. Bütün bunlarla yanaşı bütün jurnalistlərdə nevroloji problemlərə rast gəlmək mümkün idi".
Konfransın davamında söz alan Rəqsanə Cəlilova jurnalistlərin müayinələrdəki iştirakından danışıb. O bildirib ki, bir çox jurnalistlər var idi ki, onlar bəzi müayinələrdən keçmək istəmirdilər. Onun sözlərinə görə, müayinələr zamanı bəzi jurnalistlərin mədə-bağırsağında parazit, 3 nəfərdə isə Hepatit C aşkarlanıb.
Qeyd edək ki, mətbuat konfransı müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə