“Bu, bir daha Azərbaycan ordusunun güclü olduğunu sübut etdi”

“Bu, bir daha Azərbaycan ordusunun güclü olduğunu sübut etdi”

“Azərbaycan Ordusunun bütün bölmələri kimi Hərbi hava Qüvvələrinin təlim uçuşları həyata keçirilən zaman Ermənistanın silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulmasına cəhd etmişlər, Lakin Azərbaycan Ordusunun qəhrəman pilotları bu hücumu ustalıqla dəf etmişlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bu bir daha Azərbaycan ordusunun çevik, güclü bir ordu olmasını sübut etdi: “Azərbaycan ordusunun formalaşması, güclü orduya çevrilməsi Qurtuluşdan başladı. 26 il ərzində Ordumuz dünyanın 50 ordusundan birinə çevrilmişdir. Ermənistanın Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyasını zenit-raket kompleksindən atəş açması və bu həmlələri başa çıxması Paşinyanın küçə siyasətinin nəticəsidir. Paşinyanın ölkə daxilində yaratdığı hərc mərclik xaos, Qarabağ klanı ilə qarşıdurma ölkədə vəziyyəti daha da gərginləşdirmişdir. Hər vəchlə çalışır ki, bu gərginlik cəbhə boyuna yönəltsin. İnsanların diqqətini cəbhəyə yönəltsin. Onlar Azərbaycan ordusunun gücünü yaxşı bilirlər. Heç vaxt onlar müharibəyə meylli ola bilməzlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə