Azər Badamov: “Ordumuzun hücuma keçəcəyi gün heç də uzaqda deyil” RƏY - ÖZƏL
“Azərbaycan Silahlı qüvvələrinin son zamanlar intensiv şəkildə apardığı hərbi təlimlərdən düşmənimiz çox narahatdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə, onlar görürlər ki, Azərbaycan hərbi qüvvələri daha mükəmməlləşir və yeni silahlara yiyələnərək təcrübələrini artırırlar: “Həm də artıq qorxuya düşüblər ki, ordumuzun hücuma keçəcəyi gün heç də uzaqda deyil və bundan narahatdırlar. iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Amma zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Raketlərin havada partlaması onu deməyə imkan verir ki, ermənilər raket buraxmaqda məqsədi təyyarəmizi vurmaq deyil, sadəcə özlərinin də nəfəs aldıqlarını göstərməkdir. Əgər iradələri çatsaydı raket hədəfə çatardı və çox yaxşı bilirlər ki, əgər təyyarəmiz vursalar Azərbaycan ordusu dərhal hücuma keçəcək və onları torpaqlarımızdan siləcəkdir. Ona görə də ermənilərdə bizim təyyarəni vurmağa cürətləri çatmaz. Bununla yanaş biz də öz raketlərimizi işğal altındakı torpaqlarımızın səmasına tuşlamalıyıq və hər hansı hava sərhədimizi pozmaq halı baş verərsə dərhal hədəfi məhv etməliyik. Bu erməni üçün böyük dərs olar. Ümumiyyətlə son zamanlar cərəyan edən hadisələr müharibənin qaçılmazlığını göstərir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB