Azərbaycan Prezidenti qanunda əlavə və dəyişiklik etdi SƏRƏNCAM

Azərbaycan Prezidenti qanunda əlavə və dəyişiklik etdi SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə “(şəhadətnamələr)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış” sözləri əlavə edilsin;

2. 2.5-ci bəndə “(şəhadətnamənin)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri əlavə edilsin;

3. 6-cı hissədə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə