AQTA-nın işçiləri təltif edildi SƏRƏNCAM

AQTA-nın işçiləri təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Dadaşova Xəyalə Xalıqverdi qızı

Əbdüləliyev Qalib Hümmət oğlu

Əbdüləzimov Asif Hilal oğlu

Kərimov Zaur Rəvvaq oğlu

Piriyev Mansur Şahmar oğlu

Şərifov Əziz Əşrəf oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mərdiyev Fuad Məharət oğlu

Salamov Emin Müzəffər oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə