Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, Azərbaycan xalqını bu günkü xoş, firavan günlərə yetirdiyi həmin tarix Qurtuluş Günü bayramı kimi hər il qeyd edilir. SİA-nın xəbərinə görə, Astarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş maraqlı tədbir rayon İcra hakimiyyəti, Gənclər İdman İdarəsi, Təhsil şöbəsinin birgə tədbirlər planına uyğun olaraq keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoyaraq xatirəsini yad edəndən sonra park-bulvar kompleksindəki Dövlət Bayrağı meydanına qədər yürüş ediblər. Sonra tədbir Astara Olimpiya İdman kompleksində başlanıb.

Min nəfərdən artıq məktəbli, tələbə, gənclər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə açıq élan edilib, hazırlanmış proqram əsasında davam etdirilib.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə rayon əhalisinə təbriki oxunub, çıxışlar dinlənib.

Sonra “Şahin” hərbi idman oyununun nümunəvi çıxışı, şən startlar yarışması maraqla izlənmiş, Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsinin və şeir ifaçılarının qalibləri müəyyən edilib.

Tədbir məktəblilər və Astara Pedaqoji kolleci tələbələrinin Azərbaycanın Dövlət Bayrağının meydana gətirilərək “Qurban olum Azərbaycan” mahnısının sədaları altında başa çatdırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə