Daşkəsənin Bayan kəndində səyyar görüş keçirilib FOTOLAR

Bu gün Bayan kəndində keçirilən vətəndaşların növbəti səyyar qəbulu keçirilib. SİA-nın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

Qeyd edib ki, ötən dövrlərdə kənddə tam müasir tələblərə cavab verən yeni məktəb binası tikilib, abadlıq işləri aparılıb, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması və qazlaşdırma sahəsində problemlər aradan qaldırılıb.

Əhəd Abıyev çıxışında xüsusilə vurğulayıb ki, hazırda Bayan kəndinin turizm potensialından səmərəli istifadə edilməsi prioritet olaraq qarşıya qoyulub. Bu məqsədlə Bayan kənd sakinlərinə məxsus 10 evin seçilərək təmiri və sonra da onların turistlərə icarəyə verilməsi pilot olaraq nəzərdə tutulub. Bu istiqamətdə əməli işlərin görülməsinə yaxın vaxtlarda başlanacaqdır. Eləcə də, Dövlət Turizm Agentliyinin həyata keçirəcəyi “Təmiz kənd” layihəsi çərçivəsində Bayan kəndində yerləşən tarix-mədəniyyət abidələrinə gedən yollarda müvafiq abadlıq işlərinin görülməsi üçün Agentliyin əməkdaşları monitorinqlər aparıb və qiymətləndirmədən sonra konkret tədbirləri özündə əks etdirən layihə hazırlanacaqdır.

Qəbulda kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, uşaq bağçasının, kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, kəndarası yolların təmiri, işlə təmin olunma və digər şəxsi məsələlər ilə bağlı olub.

Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflərlə yanaşı ölkədə və rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni yaradılan müasir yol infrastrukturu, kəndə təbii qaz xəttinin çəkilməsi, qəbulun keçirildiyi ümumi orta məktəbin yeni müasir tipli binası tikintisi barədə razılıqla danışıblar, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunan qərarları yüksək qiymətləndirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.

Səyyar qəbuldan razı qalan kənd sakinləri onların müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin yerində araşdırılmasına, onları narahat edən problemlərin həllinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə