YAP Quba rayon təşkilatı "Nəsimi ili"-nə həsr olunmuş şeir müsabiqəsi keçirib

Bu gün YAP Quba rayon təşkilatının, Quba rayon Təhsil Şöbəsinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

"Nəsimi ili» çərçivəsində keçirilən tədbiri YAP Quba ryaon təşkilatının sədri Yusif Abidov açaraq, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və fəaliyyətindən danışıb. O bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir. Şairin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Yaradığılığına nəzər yetirdikcə görürük ki, onun şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib. Sonra rayon təşkilat sədri şeir musabiqəsi iştirakçılarına uğurlar diləyib.

Tədbirdə rayon məktəblərindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsinin 11 nəfər qalibinin şeirləri dinlənilib və müsiflər heyəti tərəfindən 3 nəfər Quba şəhər 1 saylı tam orta məktəbin şagirdi Həyat Qurbanova, Röya Məmmədova, Qurban Hacıyev Respublika müsabiqəsinə vəsiqə əldə edib.

Sonra şeir müsabiqəsində seçilmiş 11 nəfər şagird YAP Quba rayon təşkilatı tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə