Elşən Məmmədov: “Əgər gənclər milli qəhrəmanını, şəhidlərini tanımırsa, o zaman onlar millətə, dövlətə sadiq bir vətənpərvər kimi yetişməyəcəklər"

Elşən Məmmədov: “Əgər gənclər milli qəhrəmanını, şəhidlərini tanımırsa, o zaman onlar millətə, dövlətə sadiq bir vətənpərvər kimi yetişməyəcəklər"
"Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı öz şəhidini, milli qəhrəmanını tanımalıdır. Əgər gənclər milli qəhrəmanını, şəhidlərini tanımırsa, o zaman onlar millətə, dövlətə sadiq bir vətənpərvər kimi yetişməyəcəklər. Bizim də məqsədimiz milli qəhrəmanları gənclərə təbliğ etməkdir". Bu barədə SİA-ya açıqlamasında Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov məlumat verib. O bildirib ki, ictimai birlik 2001-ci il fevralın 14-də dövlət qeydiyyatına alınıb, 2002-ci ilin oktyabr ayında isə fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, təşkilatın məqsədi milli qəhrəmanların həm ad günü, həm də anım gününü qeyd etməkdir: "İl ərzində yubileyləri və anım günlərini qəhrəmanlıq simvolu olaraq şən əhval-ruhiyyədə qeyd edirik, çünki onlar Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz adlarını yazıblar. Hər iki gün bizim üçün bayramdır. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi 2001-ci ildən belə tədbirlər təşkil edir. Təşkil olunan bütün tədbirlərdə rayon icra hakimiyyəti, dövlət qurumları bizlərə dəstək olurlar. Bir sözlə istənilən tədbirin keçirilməsində bizlərə hər zaman dövlət tərəfindən dəstək var. Ulu öndər Heydər Əliyevin də bizlərə xeyir-duası olub ki, milli qəhrəmanlarımızı hər bir Azərbaycan gənci, vətəndaşı tanımalıdır. Siz də bu sahədə gənclərə dəstək durmalısınız. Biz də bugünə kimi o tövsiyə və tapşırığı yerinə yetiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə