Kommunal sektorda təchizatçılarla əhali arasında imzalanacaq yeni müqavilələr ictimaiyyətə təqdim olunub-TƏDBİR
Bu gün Azərbaycan Media Mərkəzində "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanan "Qaztəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə" layihəsi, "İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə" layihəsi, həmçinin "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə"sinin yeni variantının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, layihələr Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertləri tərəfindən və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACYF) dəstəyi ilə hazırlanıb. Tədbirdə həmçinin, www.istehlakci.az saytı, layihə çərçivəsində nəzərdə tutulan "Pulsuz Hüquqi Yardım" xidməti ictimaiyyətə təqdim edilib.
Tədbiri giriş sözü ilə açan şəbəkənin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, ACYF-nin dəstəyi ilə həyata keçirilən "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsi çərçivəsində istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılması layihədə nəzərdə tutulan fəaliyyətlər sırasına daxildir. Onun sözlərinə görə, bu məqsədlə mövcud qanunvericilik və beynəlxaq təcrübə nəzərə alınmaqla şəbəkə ekspertləri tərəfindən müqavilə layihələrinin yeni variantı hazırlanıb. O vurğulayıb ki, bu təşəbbüsün məqsədi kommunal sektorda istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı müəssisənin hüquqları və məsuliyyəti arasında tarazlıq yaradılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Ə.Nuriyev qeyd edib ki, hazırda kommunal xidmət sektorunda, konkret olaraq əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında çox ciddi problemlər, nöqsanlar, çatışmazlıqlar müşahidə edilir: "Bu problemlərin bir hissəsi bu sektorda fəaliyyəti tənzimləyən qanunvercilikdəki boşluqlardan, çatışmazlıqlardan qaynaqlanır. Şəbəkənin istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılması məqsədilə yeni müqavilə layihələrini hazırlaması qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ilk addımdır. Bu yaxınlarda kommunal sektorda fəaliyyəti tənzimləyən qanunvericiliyin ümumilikdə təkmilləşdirilməsi ilə bağlı Təkliflər Paketi də ictimaiyyətə və əlaqədar dövlət qurumlarına təqdim ediləcək. Hazırlanan müqavilə layihələri əlaqədar dövlət qurumlarına göndərilib. Layihə çərçivəsində nəzərdə tutulan araşdırmaların aparılması üçün qurumlara informasiya sorğuları göndərilib. Biz ümid edirik ki, bu qurumlar qanunvericiliyə müvafiq olaraq nəzərdə tutulan müddətdə cavab verəcəklər".
Tədbirin davamında çıxış edən Açıq Cəmiyyət İnstitutunun ("Soros fondu") Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri Mehman Əliyev bu layihə və gələcəkdə görüləcək işlər barədə məlumat verib. Daha sonra şəbəkənin informasiya-kommunikasiya texnologiyaları üzrə eksperti Nicat Rzayev "www.istehlakci.az" saytını təqdim edib. Saytın təqdimatından sonra layihə koordinatorunun köməkçisi Zaur İbrahimov "Pulsuz Hüquqi Yardım" xidməti barədə məlumat verib. Layihənin eksperti Ələkbər Ağasıyev isə "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanan müqavilə layihələrinin yeni variantını təqdim edib.
Tədbirin sonunda layihə ekspertləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB