Ankaranı sel apardı 3 nəfər öldü

Ankaranı sel apardı 3 nəfər öldü

İyunun 9-da Ankarada yağan güclü yağışın səbəb olduğu sel və daşqın 3 nəfərin həyatına son qoyub. SİA xəbər verir ki, bu barədə Ankara valiliyi tərəfindən rəsmi açıqlama yayılıb.

Qeyd edək ki, şəhərdəki sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Şəhər təsərrüfatının idarə olunması çətinləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə