Şəhid olan hərbi qulluqçumuz dəfn edilib

Şəhid olan hərbi qulluqçumuz dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.

SİA xəbər verir ki, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndində dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə