Ağcabədi rayonunda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Əvvəllcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir YAP fəalları və qabaqcıl su təsərrüfatı və meliorasiya işçilərinin iştirakı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, bildirib ki, Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin 14 may 2014-ci il tarixli Sərəncamı ilə 5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı elan edilib. Bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək, onlara çətin və şərəfli vəzifənin icrasında uğurlar diləyib.
Rayon təşkilatının sədri bildirib ki, gündən-günə hərtərəfli inkişaf edən, çiçəklənən Azərbaycanını tərəqqisində Su Təsərrüfatı və Meliorasiya işçılərinin əvəzsiz rolu vardır.
Tədbirdə 5 saylı Regional Su-Kanal İdarəsinin rəisi Zahid Sadıqov, Ağcabədi su-kanal sahəsinin rəisi Nizami Əsədov, Tərtər su-kanal sahəsinin mexaniki, Tərəqqi medallı Rais Abbasov, Ağcabədi rayon Ağsaqqalllar Şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin əməkdar müəllimi, rayon ərazi ilk partiya təşkilatının sədri Həcər Əliyeva çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində, əhalinin maddi rifahının yüksəldiyini bildiriblər. Sosial sahədə infrastruktur layihələrin həyata keçirilməsinin daim diqqət mərkəzində olduğu, əhalinin daimi olaraq elektrik enerjisi, qaz və içməli su ilə təmin edildiyi, yollar, kanalizasiya sistemlərinin çəkildiyi, regionlarda abadlıq və quruculuq işlərinin həyata keçirildiyi qeyd olunub. Tədbirdə, həmçinin, ölkə Prezidentinin cari ilin əvvəlindən başlayaraq, əhalinin aztəminatlı təbəqəsinin maddi-rifah halının yaxşılaşdırılması sahəsində verdiyi sərəncamların əhali tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb.
Tədbirin sonunda bir sıra qabaqcıl su təsərrüfatı və meliorasiya işçisi Fəxri Fərmanla təltif edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB