Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun böyük yaşayış məntəqələrindən biri olan Səncərədi kəndində əhali ilə keçirdiyi görüşdə inzibati orqanların, idarə və müəssisələrin rəhbərləri iştirak edibər. SİA-nın məlumatına görə, icra başçısı sakinləri salamlayaraq bildirib ki, vaxtaşırı nümayəndəliyin Artupa, Züngüləş, Alaşa, Şovaş, Bəndəsər kəndlərində görüşsək də, bu gün sizinlə yaşadığınız Səncərədi kəndində görüşmək qərarına gəlmişik.
Həmişə olduğu kimi bu görüşdə də narahatlıq doğuran məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Sakinlərdən Camal Eyvazov, Vüqar Şabanov, Əhmədağa Nəzərov və başqaları çıxış edərək rayonda tikinti-quruculuq, abadlaıq işlərinin aparılmasından ötrü vəsait ayırdığına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına diqqəti artırdığına görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevdən razılıqlarını bildiriblər. Ərçivan-Şuvi-İstisu avtomobil yolunun əsaslı təmirinin onların yaşayışının yaxşılaşmasına böyük töhfə olduğunu qeyd edərək, bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə etmiş, əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildiriblər.
Sakinlər eyni zamanda məhəllə avtomobil yolunun təmiri, yeni məhsuldar çəltik toxumuna ehtiyac olduğu, elektrik xətt təsərrüfatının yenilənməsi və elektrik verilişinin yaxşılaşdırılması barədə təkliflər verimişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edib ki, vaxtaşırı keçirilən görüşlərdə verdiyiniz təkliflər əsasında problemlərin əksəriyyəti həllini tapmış, ərazidə sosial layihələr icra edilmiş, geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb. Artupa və Səncərədi kənd tam orta məktəblərindən sonra keçən il burada müasir tipdə inşa edilmiş uşaq bağçasının açılışını etdik. Hazırda əhali üçün çox önəmli olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş (İstisu-Bəndəsər) avtomobil yolunun asfaltlaşdırılmasına başlanıb. Bu yol təkcə yerli sakinlər üçün deyil, bütün rayonumuz üçün mühüm əhəmiyyət daşıyır. Çünki, bu ərazi böyük turizm potensialana malikdir. Burada səfalı təbiətlə yanaşı müalicəvi əhəmiyyətli İstisu termal bulaqları yerləşir. Yollar asfaltlaşdırılandan sonra gələcəkdə yəqin ki, ərazidə turizm obyektləri də inşa olunacaqdır.
İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmış, sakinləri sabahkı əziz gün - müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramı münasibəti ilə təbrik edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB