Naxçıvan məscidlərində bayram namazı qılınıb

Naxçıvan məscidlərində bayram namazı qılınıb
İyunun 5-də səhər saat 9:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının bayram namazı qılınıb. SİA-nın məlumatına görə, bayram namazı Naxçıvan şəhərinin "Sarvanlar", "Kazım Qarabəkir", "Pirqəmiş", "Came" məscidlərində də qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə