Bakı şəhər BPİ DYPİ məktəblilərin vurulması görüntüsünə aydınlıq gətirdi

Bakı şəhər BPİ DYPİ məktəblilərin vurulması görüntüsünə aydınlıq gətirdi

"Xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntülər tərəfimizdən araşdırılmışdır. Görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb. 1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törətmişdir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri almışdır: "Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat –istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilmişdir. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunmuşdur.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildirmişlər.

Qanunvericiliyə uyğun olaraq, taplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilmişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə