Masallının Bədəlan kənd məktəbində "Açıq dərs" Ulu Öndərə həsr edilib
Bu gün Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin iclas zalında ulu öndər Heydər Əliyevə həsr edilmiş "Açıq dərs" keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Məhbubə Şahbazova aşıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Dövlət himni səsləndikdən sonra şagirdlər dahi rəhbərin ömür yoluna səyahət ediblər. Hər bir şagird ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamından fikirlərini poetik dillə söyləyiblər. Hər misrada Ulu Öndərin ömrü, təşkilatçılığı, mehribançılığı, humanustliyi, siyasi manevrləri təsdiqini tapıb. Şagirdlər xalqa həsr edilən bu ömrü beş Lenin ordeni, iki dəfə Sosialst Əməyi Qəhrəmanı, neçə-neçə fəxri ad və mükafatların bəzədiyini gündəmə gətiriblər.
Məktəbin müəllimi Məhbubə Şahbazova öz növbəsində dahi rəhbərin müstəqillik illərində Azərbaycanı fəlakətlərdən qurtaran, əsrin müqafilələri ilə ölkəni dünyaya tanıdan, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün ömrünü şam tək əridən ümummilli liderin ölçüyəgəlməz, dəyərli fəaliyyətindən məlumat verib.
Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar keçirilən müsabiqənin qalibi onuncu sinif şagirdi Dünya Cəfərzadə sözünü Heydər Əliyevin dəyərli, vətənpərvər fikirləri ilə bitirib: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!".
"Açıq dərs"də iştirak edən Xalq yazıçısı, "Şöhrət" ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar Jurnalist, ictimai xadim, Milli Məclisin deputatı Elmira Axundova belə maraqlı tədbirə dəvətindən məmnunluq ifadə edib. Bildirib ki, ömrümün qalan hissəsini də Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edərdim ki, O, xalqımızın, dövlətçilıiyimizin xilaskarıdır.
Elmira Axundova ulu öndər Heydər Əliyevlə xarici ölkələrə səfərlərindən, dahi rəhbərin fəaliyyətinə həsr etdiyi 7 cildlik əsərlərinin mahiyyətindən danışıb, ümummilli liderin uşaqlıq həyatının bəzi maraqlı məqamlarını xatırlayıb.
Milli Məclisin deputatı müəllifi oilduğu kitabları məktəb kitabxanasına bağışlayıb, şagirdlərə verdiyi kitablara avtoqraf yazıb, verilən sualları cavablandırıb.
Masallı Rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov bu il rayonun ümumtəhsil məktəblərində dahi rəhbərə həsr olunmuş belə maraqlı tədbirlərin keçirildiyini gündəmə gətirib.
Masallı RİH başçısın müavini Aybəniz Qafarova "Açıq dərs"də çıxış edərək tədbiri dəyərləndirib, Milli Məclisin deputatı Elmira xanım Axundovaya təşəkkürünü bildirib.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB