AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov akademiyanın Rəyasət Heyətinin qərarına uyğun olaraq Zoologiya İnstitutunun Xərə Zirə adasına təşkil etdiyi ekspedisiyada iştirak edib.
Akademiyadan SİA-ya bildirilib ki, Bakı və Abşeron arxipelaqının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada Coğrafiya İnstitutu ilə yanaşı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz institutlarının alim və mütəxəssisləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
E.Cəbrayılov Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıb. O, ərazinin mənimsənilməsi imkanlarını araşdırıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahillərdə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac duyulduğunu müəyyənləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB