Gürcüstanın Baş Naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın Baş Naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze müqəddəs Ramazan ayının başa çatması münasibətilə ölkə müsəlmanlarını təbrik edib. SİA xəbər verir ki, hökumət başçısı müsəlman vətəndaşlara əmin-amanlıq və xoşbəxtlik arzulayıb. Baş Nazirin təbrik məktubunda deyilir: “Böyük dini bayram olan Ramazan bayramı münasibətilə sizi təbrik edirəm. Ölkəmizə və ailələrinizə sülh dolu gələcək, tərəqqi və uğurlar diləyirəm".

Qeyd edək ki, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin aparatı və digər dövlət qurumları da ölkə müsəlmanlarına müqəddəs Ramazan bayramı münasibətilə təbriklər ünvanlayıblar.

Prezident Salome Zurabişvili isə iyunun 4-də sübh namazı zamanı Tbilisidəki Cümə məscidinə gələrək müsəlmanları bayram münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə