Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan Prezidenti İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq tələb edir. Bu gün Azərbaycan qeyri-neft sektorunun yüksək inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın artıq neftdən asılılığı aradan qaldırılır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı, o cümlədən, turizmin inkişafı ölkəmizin iqtisadiyyatının artmasına töhfələrini verir. Azərbaycanda artıq turizm intensiv sürətlə inkişaf edir. Buna səbəb ölkənin dünyanın 11 iqlim tipindən 9-na malik olması, dağı, meşəsi, dənizi, çayı, ecazkar təbiəti, geniş sahələri, eləcə də, dövlət tərəfindən bu sahəyə göstərilən diqqətdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan turizmin inkişafına dair dövlət proqramları turizm sənayesinin sürətli inkişafına təkan oldu. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə bu vaxtadək Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 45,5 milyon manat güzəştli kredit də verilib.
Ölkəmiz də iqtisadi inkişaf, yenidənqurma və abadlıq işlərinin görülməsi ölkənin daxili potensialı nəticəsində, Azərbaycanda turizmin sürətli inkişafına gətirib çıxarırıb. Bütün bunlarla yanaşı, "Şahdağ" Qış-Yay Xizək Kurortu - xizək infrastrukturu yaradılıb ki, bu da, dünya səviyyəli mərkəzə çevrilib. Bu, ölkəmizə həm yeni investisiyalar gətirir, həm də on minlərlə yeni iş yerlərinin yaradılmasına səbəb olub.
Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq, turizm sənayesində əldə olunan uğurların nətcələrin görmüş olarıq. Təkcə bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və ya 19,4 min nəfər artaraq 238 minə çatıb. Ən böyük artım 22 faiz olmaqla (10,2 min), Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub. Birləşmiş Ərəb Əmirliklərindən 16,2 faiz, Səudiyyə Ərəbistanı 101,3 faiz və İsraildən 70,1 faiz gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da, 12 faiz artım baş verib.
Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan, müvafiq olaraq, 95 faiz və 144 faiz artımla diqqət çəkir. Ümumilikdə, Cənubi Asiyadan 35,4 faiz və Orta Asiyadan 44,2 faiz gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır. Türkiyədən gələn səyahətçilər üçün 10 faiz artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25,2 min nəfər təşkil edib. Yekun olaraq, 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.
Nəzərə alaq ki, aprel ayında ölkəmizə gələn turistlərin sayı daha çoxdur, təbii ki, ölkəmizdə keçirilən qlobal miyqaslı idman tədbirlərinin, xüsusilə də, "Formula 1" yarışlarının rolunu xüsusi vurğulamaq lazımdır. Eləcə də, səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri əvvəlkilərdən çoxdur. Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir.
Göründüyü kimi, turizm sahəsində kifayət qədər uğurlar var. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını ilbəil artırır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB