Arzu Rəhimov Lənkəranda və Lerikdə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Lənkəranda və Lerikdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 20-də saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Lənkəranda Astara və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Xidmətdən SİA-ya bildiriblər ki, həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 17-dək Xidmətin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə