ATİB-in illik maliyyə hesabatı müzakirə olunub

ATİB-in illik maliyyə hesabatı müzakirə olunub

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) illik maliyyə hesabatı üzrə növbəti iclas keçirilib. ATİB-dən SİA-ya bildirilib ki, iclasın sədri, təşkilatın idarə heyətinin sədr müavini Avni Dəmirçi qonaqları salamlayıb, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə ATİB-in fəaliyyətində uğurlar arzulayıb.

Təşkilatın idarə heyətinin sədri Cemal Yangın ATİB-in 2018-ci il üzrə fəaliyyət hesabatını, Təftiş komissiyasının sədri, ATİB-in üzvü olan “PricewaterhouseCoopers” (PWC) şirkətindən Könül Quliyeva isə komissiyanın rəyini təqdim edib. Sonra idarə heyətinə və Təftiş komissiyasına yeni üzvlər seçilib, təşkilatın 2019-cu il üçün büdcəsi təqdim edilib və sənədlər iştirakçılar tərəfindən təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə