Lerik rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Bu barədə SİA-ya Fonddan məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mərasimdə qeyd edib ki, Ramazan ayı bir çox fəzilətləri özündə birləşdirən müqəddəs aydır. Bu ay insanları daha yaxşı olmağa, dəyərlərə və bir-birinə daha ehtiramla yanaşmağa çağırır. Azərbaycan xalqı tarixinin ən mürəkkəb dönəmlərində də dəyərlərimizə bağlılığımızı qoruyub saxlayıb və bu gün də öz milli-mənəvi dəyərlərini yaşadır.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, Vətən şəhidlərin çiyinləri üzərində dayanır. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Belə bir müqəddəs ayda, iftar süfrəsi ətrafında şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB