Heydər Əliyev Fondu tərəfindən İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayı münasibətilə Füzuli rayonunun Horadiz şəhərində iftar süfrələri açılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarların iştirak etdiyi iftar mərasimində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, şəhidlərin ruhu yad olunub.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB