Bakı-Sabunçu-Bakı qatarlarının hərəkəti dayandırılır – 3 gün

Bakı-Sabunçu-Bakı qatarlarının hərəkəti dayandırılır – 3 gün

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları sabah hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, təmirlə əlaqədar olaraq 31 may, 01,02 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq. Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə