Hicran Hüseynova: “Bu il komitə “Gender Bərabərliyi” və “Məişət Zorakılığı” haqqında qanun layihələrinin icrası ilə bağlı maarifləndirmə işinə başlayacaq”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu il "Gender Bərabərliyi" və "Məişət Zorakılığı" haqqında qanun layihələrinin icrası ilə bağlı maarifləndirmə işinə başlayacaq. SİA-nın məlumatına görə, bu barədə komitənin sədri Hicran Hüseynova jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, cari ildə komitə həmin qanunların insanlar arasında maarifləndirmə işinə önəm verəcək. Onun sözlərinə görə, maarifləndimə işi insanların sözügedən qanunlardan nə vaxt və necə istifadə etməsinə xidmət edəcək.
Daha sonra cari ildə komitə tərəfindən görüləcək işlər haqqında da məlumat verən komitə sədrinin sözlərinə görə, komitə bu il yeni yaranan Ailə Dəstək Mərkəzlərinin fəaliyyətinə xüsusi diqqət ayıracaq: "Biz bu il həmin mərkəzlərin, xüsusilə də yerlərdə gücləndirilməsi, əhali ilə işləməsi, onların nəzdində uşaqlar, ailələr üçün kursların açılmasına dair işlər görəcəyik . Bütün planlaşdırılan işlər pulsuz həyata keçiriləcək. Komitənin cari ildə işləri çoxdur. Hər il olduğu kimi biz işimizi məktəblərdə də davam etdirəcəyik".
Bundan əlavə komitənin ailələrin gücləndirilməsi ilə bağlı güclü maarifləndirmə işlərinə başladığını deyən H. Hüseynova qurum tərəfindən "Ailə Əlifbası"nın çap olunduğunu dilə gətirib. O bildirib ki, ailə, uşaq haqqında maarifləndirici yazılar məhz həmin kitabda öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB