"Mən Moskvadan oyunu izləmək üçün gəlmişəm" - Özəl

"Mən Moskvadan oyunu izləmək üçün gəlmişəm" - Özəl

"Mən Moskvadan oyunu izləmək üçün gəlmişəm. Bir neçə gündür Bakıdayam. UEFA Avropa Liqasının final oyununun Azərbaycanın paytaxtında olması gözəl haldır. İnsanlardan çox gözəl münasibət görürük. Çox məmnunam ki, gəlmişəm. Onu da deyim ki, burada ciddi qayda-qanun var və bu məni şad edir". Bu sözləri SİA-ya özəl açıqlaçmasında Vyaçeslav adlı rus azarkeş deyib.

O, əlavə edib ki, Bakıda olmaqdan çox şaddır və "Arsenal" komandasının azarkeşidir. Vyaçeslav keçiriləcək oyunda azarkeşi olduğu komandaya uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə