Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gün gücləndirilmiş iş rejimində çalışır

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gün gücləndirilmiş iş rejimində çalışır

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır.

SİA-nın məlumatına görə, bu barədə Kompleksdən bildirilib.

Məlumata görə, oyunun gecə saat 1-də bitməsi nəzərə alınaraq, Gürcüstan və İran istiqamətində avtobus reyslərinin vaxtı gecə saat 3-ə qədər artırılıb, xəttə əlavə avtobuslar cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə