Komitə rəsmisi: “Misirdəki Azərbaycan diasporunun bir qrup nümayəndəsi artıq Azərbaycana qayıdıb”
"Misirdəki Azərbaycan diasporunun bir qrup nümayəndəsi artıq Azərbaycana qayıdıb". Bu barədə SİA-ya açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm məlumat verib. O bildirib ki, Misirdə yalnız bir Azərbaycan diaspor mərkəzi fəaliyyət göstərir. Misir Ərəb Respublikasında fəaliyyət göstərən yeganə təşkilatın Vətən Tələbə Cəmiyyəti olduğunu deyən komitə rəsmisinin sözlərinə görə, bunun da əksər hissəsini gənclər təşkil edib.
"Misirdəki vəziyyətlə bağlı gün ərzində kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar dərc olunur. Hər hansı bir problem olduğu halda diasporun fəalları bu barədə Azərbaycanın Misirdəki Səfirliyinə məlumat verirlər. Onlarda hər hansı bir şikayətə əsasən dəqiq qərarlar verir. Amma bizdə olan məlumata görə, hələ ki Misirdəki diaspor üzvləri və ya fəalları tərəfindən bu barədə hər hansı bir ciddi müraciət və ya şikayət daxil olmayıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə