Ekologiya Nazirliyi Şamaxıda vulkan püskürən ərazidə araşdırmaya başladı

Ekologiya Nazirliyi Şamaxıda vulkan püskürən ərazidə araşdırmaya başladı
Şamaxı rayonunun Dağ Göylər kəndində vulkan püskürüb. Gecə saatlarında püskürən vulkan yerin altından xaric olan palçığı ətrafa yayıb. SİA-nın məlumatına görə, məsələ ilə bağlı Eologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirlik artıq məsələdən xəbərdardır: "Hazırda mütəxəssislərimiz həmin ərazidədir və araşdırma aparılır. Araşdırmanın sonunda yekun açıqlama veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə