İlham Əliyev: "İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir"

İlham Əliyev: "İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir"

"İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu bu gün “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev bildirib ki, bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır: "Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik.

İşsizlik hər bir ölkə üçün xas olan problemdir.Bu məsələnin həlli böyük səylər tələb edir.Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artmışdır. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır.Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq".

Bütün xəbərlər Facebook səhifəmizdə