Bakı növbəti festivala hazırlaşır

Bakı növbəti festivala hazırlaşır

Mayın 27-də “Landmark” biznes mərkəzində Bakı-Latın Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, festivalın təşkilatçılarından bir Avropa İttifaqının Azərbaycan nümayəndəliyidir.

Mətbuat konfransında festival və baş tutacaq əyləncəli proqram barədə ətraflı məlumat verilib. Bildirilib ki, bununla yanaşı latın mətbəxinin də ləziz təamları qonaqların ixtiyarına veriləcək. Festival günlərində dünyaca məşhur musiqi qrupları səhnəyə çıxacaq.

Festivalın ölkəmiz üzrə icraçı direktoru Diana Hacıyeva bildirdi ki, festival çərçivəsində qonaqlar "YARAT" da ustad dərsləri keçəcəklər. Eyni zamanda, mayın 30 və iyunun 5-də “İçərişəhər” metrosunda konsert təşkil ediləcək. Daha sonra iyunun 7, 8 və 9 da "Mambo" bech klubda əsl latın əyləncəsi yaşanacaq.

Mətbuat konfransının sonunda latın musiqilərindən ibarət şou göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə