Xaricdə təhsil alan və məzun olan azərbaycanlı gənclərin beynəlxalq forumu Strasburqda keçiriləcək

Xaricdə təhsil alan və məzun olan azərbaycanlı gənclərin beynəlxalq forumu Strasburqda keçiriləcək
Xaricdə təhsil alan və Məzun olan Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu 11-12 Mart 2011-ci il tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək. SİA-nın məlumatına görə, forum 2 gün boyunca yeni fikirlər ətrafında müzakirələrə, Azərbaycanın və ona aid dəyərlərin dünyada təmsil və təbliğatı üçün fəaliyyət planının müəyyən olunmasına çalışacaq.

Ayrıca bu məsuliyyətli yolda xaricdə təhsil alan və məzun olan azərbaycanlı gənclərin bir arada cəmləşməsinə nail olacaq. Forumda çıxış etmək və fikirlərini paylaşmaq üçün azərbaycanlı və xarici spikerlər, mütəxəssislər dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə