Türkiyənin Bitlis vilayətinin Tatvan rayonu ərazisində 470 metr dərinlikdən 60 dərəcə temperaturda isti su fontan vurub. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, mineral tərkibli suyun mənbəyi 9 il ərzində bölgədə aparılan karbohidrogen ehtiyatlarının kəşfiyyatı zamanı aşkar edilib. Hələlik, rəsmi mənbələr tapılan isti su ehtiyatından hansı məqsədlər üçün istifadə edilə biləcəyini açıqlamayıblar. İstisna edilmir ki, bu su müalicəvi tərkibə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB