Xəzər rayonu Binə qəsəbəsinin sakinləri 2 gündür ki, qazsız qalıb. Bu barədə SİA-ya müraciətində Binə qəsəbəsi sakini Xəqani Aslanov (II qrup əlil) məlumat verib. Vətəndaşın müraciətini olduğu kimi oxuculara təqdim edirik:
"Fevral ayının birindən etibarən vətəndaşların qaz sayğacları söndürülüb. Sayğaclar kartla işləyən sayğaclar idi, ancaq indiyə kimi kart olmadan işlədilirdi. İndi kart üsluna keçmək məqsədi ilə fevralın birindən sayğaclar söndürülüb. İki gündür, qazsız qalmışıq və soyuqdan donuruq. Kartı 6 ay ərzində hamının kodu yazılmaqla təmin etməli idilər. 50%-in təmin ediblər, qalanları isə kartsız qalıb. 2 gündür, Xəzər rayon Qaz İdarəsinin qarşısında 100-lərlə, 1000-lərlə insan yığaşaraq mübahisə edirlər. Heç kəsə kart verilmir. Siyahı vermişik, ancaq buna əsasən kartlar gəlməyib. Əgər kartlar gəlməyibsə, vətəndaşların hüququ niyə pozulur, qazın təminatı niyə dayandırılır? Bizim vətəndaşlıq, Azərbaycan enerjisindən istifadə etmək hüququmuz var.
İdarədən bildirdilər ki, sizin sahədə işləyənlər vətəndaşları kartla təmin etməlidilər. Onlar da deyirlər ki, biz hələ kartla təmin olunmamışıq. Gedin Mərdəkana. Mərdəkanda isə Qaz İdarəsinin qarşısında 1000-lərlə insan dayanır. Oraya da çətinliklə girənlərə deyilir ki, hələ sizin adınıza kart gəlməyib. Qabaqcadan insanlar kartla təmin olunmalı və bundan istifadə üsulları başa salınmalı idi. Daha sonra bu sistemə keçmək olardı. Əgər kartla təmin edə bilmirdilərsə, heç olmasa limiti artırardılar, ya da gələn aydan yeni sistemə keçərdilər", - deyə müraciətdə deyilir.
Məsələyə aydınlıq gətirmək üçün gün ərzində AZƏRİQAZ QSC ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab ala bilmədik. Mövzunu sabah da davam etdirməyə çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB