“Dövlət qulluğunun idarə edilməsi” mövzusunda dəyirmi masa keçirilib
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası "Dövlət qulluğunun idarə edilməsi" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə baş tutan tədbirdə dövlət qulluğu sahəsində görülən işlər, əldə edilən nailiyyətlər və mövcud problemlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva "Dövlət qulluğunun təkmilləşdirilməsi üzrə ümumi tövsiyyələr" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, son illər dövlət qulluğuna qəbul, dövlət qulluqçularının etik davranış kodeksinin hazırlanması, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma kurslarına cəlb edilməsi istiqamətində bir sıra işlər görülür. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar bir çox cəhətlərdən mütərəqqi addımlar hesab edilsə də bir sıra çatışmazlıqlar da mövcuddur.
"Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərəçarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdir. Digər bir vacib amil isə vətəndaş cəmiyyəti üzvləri ilə, hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin kütləviləşməsinə nail olmaqdır", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət qulluğu sahəsində görülən işlər barədə ətraflı məlumat verib. 2000-ci ildə dövlət qulluğuna qəbul haqqında qanunun qəbul edildiyini deyən sektor müdiri bildirib ki, 2005-ciildə ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb və əsasnaməsi təsdiq edilib: "Bundan əlavə, Korrupsiyaya qarşı Milli Strategiya təsdiq olunub. Bu strategiya dövlət qulluğunun təkmilləşməsini və şəffaflığın artırılmasını nəzərdə tutub. Hazırda komissiya tərəfindən dövlət qulluğuna qəbul həyata keçirilir. Bundan əlavə, dövlət qulluğunun digər sahələrinə qəbulla bağlı müxtəlif layihələr icra olunur".
Tədbirin davamında çıxış edən DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli "Dövlət qulluğunda şəffaflıq və dövlət qulluğunun mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda çıxış edib. Dəyirmi masanın davamında müxtəlif mövzularda məruzələr dinlənilib və jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB