Bakıda Beynəlxalq Gənclər İttifaqının Baş Məclisi keçiriləcək ANONS-FOTOLAR

Bakıda Beynəlxalq Gənclər İttifaqının Baş Məclisi keçiriləcək ANONS-FOTOLAR

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci il 27-29 iyun tarixlərində keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresində təsis olunub. BİY BGİ Ipək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatıdır. İttifaqın əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır. İttifaqa hal-hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzv Təşkilatlarının 3-cü Baş Məclisi 16-19 May 2019-cu il tarixlərində həyata keçiriləcəkdir. SİA-nın verdiyi məlumata görə, tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirməsindən, təşkilatın daxili məsələlərini müzakirəsindən, ümumi fəaliyyətinin qiymətləndirilməsindən, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolu oynayaraq, gənclərin ittifaqın fəaliyyətində rolunu artırmaqdan ibarətdir. Tədbirdə İttifaqa daxil olan 30 müxtəlif ölkədən (Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lanka) 33 gənclər təşkilatları iştirak edir. Tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, yəni gənclərin iştirakçılığı, ittifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasəti, gənclər siyasəti və ittifaqın strateji fəaliyyəti ilə bağlı müzakirlər həyata keçiriləcəkdir. Tədbirdə işçi qruplarında paralel müzakirə sessiyaları həyata keçiriləcəkdir və həmin sessiyalarda gənclər siyasəti, beynəlxalq əməkdaşlıq, təşkilatın strateji fəaliyyəti və fəaliyyət planı nəzərdən keçiriləcəkdir. Tədbir çərçivəsində ittifaqın İdarə heyətinə seçkilər keçiriləcək və növbəti 3 il üçün prioritet məsələlər müəyyənləşdiriləcəkdir.

Eyni zamanda Baş Məclisdə İttifaqın hesabatı dinləniləcək, yeni üzv ölkələrin nümayəndlərinin təqdimatı olacaq, eyni zamanda təşkilatın , İttifaqın gələcək İş Strategiyası, Beynəlxalq əməkdaşlıq istiqamətində müzakirələr olacaqdır.

Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə təşkil olunacaq və iştirakçılar üçün bütün xərclər və texniki dəstək (dəvətnamələr, viza yardımı, səyahət və yerləşdirmə və s.) "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqnın Katibliyi tərəfindən təmin olunacaq.

İclasda Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər və İdman nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti şöbəsinin Məsləhətçisi Aydan Kərimli və yerli gənclər təşkilatlarının sədrləri iştirak edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə