"Xəzər" televiziyasında yayımlanan və yüksək reytinqi ilə seçilən “Səni axtarıram” verlişi Azercell şirkəti ilə birgə uğurlu layihəyə start verib. SİA xəbər verir ki, "Xəzər" televiziyasının rəhbərliyinin təşəbbüsü ilə reallaşdırılan layihəyə görə, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində müxtəlif xəstəliklərdən əziyyət çəkən və pənah yeri olaraq məhz bu verlişə qatılan insanlara təmənnasız xidmət göstərən həkimlər qrupu bu dəfə cəbhəyanı bölgəyə - Tərtər rayonuna səfər edəcəklər.
Müxtəlif tibbi avadanlıqlarla təchiz olunmuş səyyar avtomobillər həftənin şənbə günü yola çıxaraq, təyin olunan məntəqədə cəbhəyanı bölgədə yaşayan insanlara pulsuz xidmət göstərəcəklər. Layihənin davamlı olacağını qeyd edən Xoşqədəm Hidayətqızı "Xəzər" televiziyası rəhbərliyinə, Azercell şirkətinə, eləcə də geniş izləyici auditoriyası qazanmış “Səni axtarıram”a təmənnasız dəstək göstərən həkim heyətinə minnətdarlığını bildirib, belə bir xoşməramlı layihədə iştirak edən hər kəsə uğurlar arzulayıb.
Qeyd edək ki, layihə çərçivəsində “Səni axtarıram”ın həkimlər heyəti Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək, əhaliyə səyyar tibbi xidmətlər həyata keçirib və əhali tərəfindən alqışlanaraq dəstəklənib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB