Bu küçələrdə svetofor niyə işləmir? BNA (SİYAHI)

Bu küçələrdə svetofor niyə işləmir? BNA (SİYAHI)

Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir. Bu barəd SİA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə