Və ya Paşinyan uğursuz mübarizə siyasəti ilə özünü cəncələ salıb
Ötən il erməni xalqı "küçə demokratı" Nikol Paşinyanı hakimiyyətə gətirərkən, elə zənn etdi ki, küçədən xalqla "bir olubsa", hər şey yaxşı olacaq. Ancaq sən saydığını say, gör sizin küçədən gətirdiyiniz küçə təfəkkürlü Nikolunuz nə sayır? Dövlət siyasətindən xəbərsiz olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən erməni xalqı əvvəlki illərə yalvarır. 2019-cu il işğalçı ölkəyə bahalaşma ilə kimi girdi. Bu da səbəbsiz deyildi. Ermənistanda bu, baş verməli idi. Söhbət Moskvanın siyasi təzyiq vasitələrindən gedir. Belə ki, Nikol fəaliyyətə başladığı ilk gündən, başladı Rusiyaya qarşı sərsəm bəyanatlar ünvanlamağa. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikola dəfələrlə xəbərdarlıq ismarıcları və mesajları göndərməklə, ona bu oyunlardan əl çəkməyi bildirdisə də, Paşinyan yenə də sərsəm bəyanatlar verməkdən çəkinmədi. Belə bir atalar sözü var: keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtünər. Elə bu səbəbdən də V.Putin Yeni il münasibətilə bütün MDB ölkələri prezidentlərinə, o cümlədən, baş nazir əvəzi Paşinyana deyil, Ermənistan prezidenti Armen Sarkisyana təbrik göndərdi. Üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sarkisyanı və hazırda həbsdə olan Robert Koçaryanı da təbrik etdi. Beləliklə, Paşinyan hakimiyyətinin kritik günləri başladı.
Rusiya Ermənistanın yeni rəhbərliyinə ilk gündən yerini göstərdi
Elə bu səbəbdən də, Moskva səfərlərindən həmişə əli ətəyindən uzun gələn Paşinyan başqa münasibət də görə bilməzdi. Əgər Rusiyanın maraqlarını tapdayıb, küçə siyasəti yürüdəcəksən, o zaman Moskvanın sərt münasibətinə də tuş gələcəksən. Eyni zamanda, digər bir faktor isə, Rusiyaya Ermənistanın davranışlarına ona görə dözür ki, regional maraqlarını qorusun, keçmiş SSRİ məkanında əsas söz sahibi olmaq kimi qüdrətini, Cənub Qafqazın təhlükəsizliyinin ondan asılı olduğunu nümayiş etdirsin və sairə. Bir sözlə, bütün bu deyilənlər, bir daha onu göstəri ki, Paşinyan iqtidarı üçün, artıq kritik günlər elə 2019-cu ilin ilk günlərindən başlayıb, ilin sonuna kimi davam edəcək.
Rusiyan Ermənistana satdığı qazın qiymətini 1-dən artıracağını bildirirdi. Çünki ölkədə qaz təchizatı və qazpaylayıcı sistem, bütünlüklə, Rusiyanın "Qazprom" şirkətinin mülkiyyətidir. Ermənistan iqtisadiyyatının digər sahələri Rusiyanın nəzarətindədir.
Beləliklə, bütün bu faktlar onu göstərir ki, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa İttifaqının Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliliyi olmayacaq. Nəticədə, xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahat vədləri heç bir real əsaslara malik deyil.
Doğrudur, Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə, Rusiyanın orbitindən çıxması üçün vədlər verir. Kreml isə çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə, bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə, bu ölkə işğalçı siyasətinə görə blokadada olan ölkədir və Rusiyanın forpostudur. Bu baxımdan, Yerevanın Moskvaya qarşı demarşı, ona baha başa gələ bilər.
Politoloqların sözlərinə görə, Paşinyanın oyuncaq bir lider olmasını, artıq dünya ölkələri və ən əsası, Rusiya yaxşı bilir.
Ermənistan - iflasdan-iflasa
Bu gün işğalçı Ermənistanın sosial-iqtisadi cəhətdən vəziyyətinin daha da pisləşdiyinin səbəbi də, məhz yeni baş nazir Nikol Paşinyanın sələfi Sarkisyandan fəqrlənməyən siyasəti, eləcə də, iqdisadi və hərbi savadsızlığı ilə bağlıdır. Nikol Paşinyan baş nazir seçilərkən, xalqa müraciətində demişdir ki, bundan sonra Ermənistan iqdisadiyyatı yüksələn xətlə inkişaf edəcək və bütün sferalarda islahatlar aparılacaq. Ancaq Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatların getmədiyini qeyd edirdi. Ancaq sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gün də davam etməkdədir. Ermənistanın, geridə qalmış ölkə kimi, hər zaman
Rusiyanın köməyi hesabına yaşadığı sirr deyil. İndi isə Nikol Paşinyanın Avropa dairələrinin köməyinə güvənərək, yardım istəməsi də ölkənin iflas həddində olduğunu aydın surətdə göstərir.
Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu, faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı yoxdur və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi və siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində bir oyuncaqdır. Qondarma gedişlər etməklə, bu ölkə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.
Ümumiyyətlə, real vəziyyət onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın yeni rəhbərliyi Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB