Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Müasir dövrün qlobal çağırışlarına cavab verən, ölkənin siyasi, iqtisadi, mədəni həyatına töhfələr verən gənclər cəmiyyət daxilində sabitliyin və təhlükəsizliyin təminində də xüsusi rola malikdirlər. Gənclərimizin öz potensialından lazımi şəkildə istifadəsi üçün yaradılan şəraitlə bağlı gənclərimizin fikirlərini öyrəndik.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Göyüş Göyüşov:
- Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən və ideyalarla zəngin bir qüvvədir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır və cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Hazırda ölkəmizdə 200-dək gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan Gənclər Təşkilatı Milli Şurası Avropa miqyasında və beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Tələbə-gənclər təşkilatı universitetlərdə tələbələrə dəstək olur. Cənab Prezident təhsil müəssisələrinin ən müasir infrastruktura, standartlara cavab verən olması üçün çox mühüm tapşırıqlar və sərəncamlar verir. Dövlət başçısı tərəfindən ali təhsil müəssisələrində tələbələrin ən yüksək səviyyədə təhsil almaları üçün şərait yaradılıb. Belə ki, zəngin kitabxanalarımız və müasir cihazlarla təchiz olunmuş laboratoriyalarımıv var. Təhsil aldığım universitetdə ən yüksək səviyyədə təhsil almağımız üçün lazımi şərait yaradılıb. Gənclərimiz dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır və Azərbaycanın adını yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib. Həmin Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönələrək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməli, özünütənqidi də bacarmalıdır. Dövlət şərait yaratdı ki, hər bir gənc lap erkən yaşlarından özünəinamlı olsun, özünə güvənsin, özünü şəxsiyyət kimi yetişdirsin, problemlərin həlli yollarını özü düşünüb-tapsın, kimsədən asılı olmasın. Cənab Prezidentimiz fiziki məhdudiyyətli tələbələri də heç yaddan çıxarmamışdır. Bunun ən bariz nümunələrindən biri kimi "I və II qrup əlilliyi olan şəxslərin, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamını göstərmək olar.
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu tükənməz qüvvəni gənclər, yalnız yüksək elm və təhsil almaqla, müxtəlif qabiliyyət və bacarıqlara yiyələnməklə yarada bilərlər. Həmçinin, gənclik də əbədi deyil, keçəridir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir. Gəlin gəncliyimizi qoruyaq, bu gənclik illərimizi səmərəli şəkildə, dövlətimiz üçün, vətənimiz üçün istifadə edək!
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Nicat Cəfərov:
- Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin təməlini qoymuş və gənclərə önəm vermişdir. Ümummilli Liderin gənclərə böyük etimadı nəticəsində, 1996-cı ildə 2 Fevral Gənclər Günü təsis edilmişdir və bu gün də gənclərə olan bu etimad Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və daha da təkminləşdirilmiş tərzdə həyata keçirilir. Biz gənclər olaraq, Cənab Prezidentin göstərdiyi bu diqqət və qayğını hər zaman hiss edirik. Gənclər üçün tikilən gənclər evləri, onlara idman sahəsində yaradılan şərait, təhsil almalarına ayrılan diqqət və s. dövlətin gənclərə olan qayğısının göstəricisidir. İstər ölkə daxilində, istər ölkə xaricində bu diqqət və qayğının nəticəsidir ki, gənclərimizin bu gün dünyaya inteqrasiyası sürətlə inkişaf etdirilir. Bu gün bizim gənclərimiz Avropanın, Asiyanın, eləcə də, Amerikanın bir çox tanınmış universitetlərində təhsil alır.
Cənab Prezidentimiz tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" özündə onu göstərdi ki, Cənab Prezident, həqiqətən də, sadəcə, təhsilimizi deyil, bizim diasporumuzu da güclü inkişaf etdirir və bizim xaricdəki diasporumuza dəstək verir. Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc ölkəmizi tanıtmalı, milli-mənəvi dəyərləri, Qarabağ problemini dünyaya çatdırmağı bacarmalıdır. Biz Cənab Prezidentimizin göstərdiyi etimadi layiqincə doğrultmalı, Onun bizə verdiyi dəstəyi düzgün qiymətləndirməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima gənclərin yanında olur. Bildiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də, Heydər Əliyev Fondunun vitse-przezidenti Leyla xanım Əliyeva fiziki qüsurlu gənclərimizə xüsusi diqqət və qayğı göstərir, onları yenidən cəmiyyətimizə qaytarırlar. Bu nəcib əməllər cəmiyyətimizə əsl insanlıq nümunəsinin təqdimidir. Dövlətimizin qayğısı sayəsində minlərlə gənclərimiz xaricdə müayinəyə göndəririlir. Bunların hər biri Azərbaycan gənclərinə və gənclər siyasətinə verilən ən önəmli dəstəkdir. Cənab Prezidentin bu yaxınlarda imzaladığı Sərəncamla 18 yaşına çatmayan fiziki məhdudiyyətli gənclərin təhsil haqqı, təhsil ödənişi tam şəkildə dövlət tərəfindən ödəniləcəkdir. Bu, bizim cəmiyyətimizə, bizim gənclərimizin dünyaya inteqrasiyasının ən vacib faktorlarından biridir. Bu gün ölkəmizdə bizə verilən dəstəyin nəticəsidir ki, Milli Məclisin sıralarında, dövlət qulluğunda, eləcə də, bələdiyyədə və Nazirlər Kabinetində gənc kadrlarımıza üstünlük verilir. Biz bunları görürük və həyata keçirilən tədbirlər, bir gənc kimi, bizi daha da həvəsləndirir və Cənab Prezidentimizin göstərdiyi etimadı, güvəni bütün gücümüzlə layiqincə doğrultmağa çalışırıq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB